"Xoşbəxt cümə" endirimləri - Mağazalarda vəziyyət necədir? - VİDEO

27 Noyabr 2021 15:36

Bu gün ölkəmizdə də bir çox mağazalarda endirimlər təqdim edilir. Kampaniyada geyim mağazaları ilə yanaşı, elektronika, telefon və aksessuar, parfümeriya mağazaları, gözəllik salonu, əyləncə məkanları, həmçinin kafe və restoranlar da iştirak edir. Endirim faizləri isə 20-80% arasında dəyişir.

Əksər mağazalarda endirimlər 3 gün davam edəcək. Bir çox mağazalarda endirimlərlə yanaşı faizsiz kreditlər də təklif olunur.

Bu gündə dünyanın əksər brend mağazaları böyük, hiss olunacaq dərəcədə endirimlərə, hətta 80% güzəştlərə getsə də ölkəmizdə isə güzəştlər daha çox 30 faiz endirimlərdə hiss edilir. Mütəxəssislər bildirir ki, ölkəmizdə yüksək faizli endirimlərin hiss olunmaması məşhur brend mağazalarının birbaşa nümayəndəliklərinin olmaması ilə bağlıdır. Endirimlər mağaza sahiblərinin qərarına görə dəyişir.

Bir sözlə, bu gün alış veri həvəskarları üçün bir bayrama çevrilib. Endirim sevdasıyla mağazalara üz tutanların sayı da artıb. Hətta bir çox mağazalar iş saatlarını da bu günə özəl olaraq artırıblar..

Milli.Az Real TV-nin hazırladığı sujeti təqdim edir:

Milli.Az