Münxauzen sindromu nədir? Bu sindromun erməni psevdologiyası ilə bağlılığı nədir?

27 Noyabr 2021 11:06

Xroniki yalançılar öz mənfəətləri üçün yalan danışırlar, onlar israrlı iddiaçı və israfçılıq ustasıdırlar. Psixoloqlar qeyd edirlər: bütün yalançılar bir əlamətlə fərqlənirlər - onlar yalan danışdıqlarını çox yaxşı bilirlər və başa düşürlər. Bu davranışın bir çox səbəbi ola bilər: münasibətdə pis təcrübə, özünə hörmətin aşağı olması, özünə simpatiya oyatmaq istəyi və ya əksinə, başqasının gözündə nüfuzunu yüksəltmək, şəxsi mənfəət. Zaman keçdikcə yalanlarına özü də inanmağa başlayır. Yalançıların mövcud olduğu dünya heç bir şəkildə reallıqla uzlaşmır.

Münxauzen sindromu nədir?

Sindrom haqqında ilk dəfə britaniyalı psixiatr Riçard Aşer danışmışdır. 1951-ci ildə Lanset jurnalında onun Münxauzen sindromu haqda məqaləsi dərc olundu. Psixi pozğunluq nağıllarından bəhs edən kitabı baronunun şərəfinə adlandırmaq tədqiqatçının ideyası olmuşdur.  Həyat hekayələrini və təcrübələrini bəzəməklə tanınan 18-ci əsr alman zabiti Baron von Munchausen belə xüsusiyyətləri ilə məşhurlaşmışdır.

Aşer məqaləsində özləri üçün müxtəlif xəstəliklər icad etməyə meylli və hətta qəsdən simptomlarını təhrik edən xəstələri təsvir etmişdi.

Xəstəliklərin beynəlxalq təsnifatında Münxauzen sindromu "psixi pozğunluq" adlanır və simptomların, fiziki və ya psixoloji əlilliyin qəsdən induksiyası və ya simulyasiyası kimi xarakterizə olunur. Sənəddə bu pozğunluğu olan xəstələrin xüsusi olaraq xəstəxanaya yerləşdirmə, cərrahiyyə və ya müayinə sənədləri təsvir edilir. Onların başqa motivasiyaları yoxdur, məsələn, həbsdən qaçmaq və ya hərbi xidmətdən yayınmaq. Mümkün qədər inandırıcı görünmək üçün özlərini kəsirlər, zəhərli maddələr istifadə edirlər.

Münxauzen sindromunu diabet və ya pnevmoniya kimi xəstəlik adlandırmaq olmaz. Bu, daha çox davranış nümunəsidir, xarakterik simptomlar toplusudur.  Sindromu ən təmiz formada, məsələn, şəxsiyyət pozğunluğu və ya şizofreniya spektrinin pozğunluğu olmayan psixiatrik patologiyası olmayan bir insan tapmaq demək olar ki, mümkün deyil. Buna görə də, psixiatrların görmə sahəsinə düşən "Münxauzen" digər diaqnozlarla müalicə olunur.

Münxauzen sindromu ( saxta pozğunluq)  insanın xəstəliyi saxtalaşdırdığı nadir bir psixi pozğunluq növüdür. Şəxs simptomlar haqqında yalan danışa, özünü xəstə göstərə və ya qəsdən xəstə edə bilər. Bu tip psixi pozğunluq daha çox  yeniyetmə və gənclərdə müşahidə edilir.Sindrom  özünə zərər vermə növü hesab olunur.

Münxauzen sindromu olan bir şəxs çox inandırıcı ola bilər. Bu da həkimlərin konservativ və ya cərrahiyyə kimi lazımsız müalicələr tətbiqi ilə nəticələnir.

Münxauzen sindromu olan bir şəxs reseptlə verilən dərmanlar və ya pul kimi şəxsi mənfəət üçün özünü xəstə kimi göstərmir. Bunun əvəzinə insan mürəkkəb psixoloji səbəblərdən, o cümlədən diqqət və rəğbət üçün güclü istəkdən ötrü belə davranmağa məcbur olur.

Çox vaxt Münxauzen sindromlu insanlar keçmişində uşaqlıq travması keçirirlər.

Münxauzen sindromunun simptomları

Münxauzen sindromu fiziki, emosional və ya idrak pozğunluqlarının saxtalaşdırıldığı, şişirtdildiyi və ya təhrik edildiyi psixi sağlamlıq pozğunluğudur.
Belə insanlar xəstəlik əlamətlərinə sahib olmaq üçün gizli şəkildə özünə xəsarət yetirə bilirlər. Sidiyə qan əlavə edə və ya bir ətrafın qan dövranını kəsmək üçün rezin bant istifadə edə bilirlər. Bəzi insanlar özlərini kəsir və ya yandırır, zəhərləyir, yaraları yenidən açır, infeksiya düşməsi üçün yaraya nəcis və ya toz sürtür və ya bakteriya ilə çirklənmiş yemək yeyir.

Bu pozğunluğu olan insanlarda simptomların əksəriyyəti psixi pozğunluqdan daha çox fiziki xəstəliklərlə - sinə ağrısı, mədə problemləri və ya qızdırma kimi simptomlarla bağlıdır. Bəzi simptomlar öz-özünə yaransa da, digərləri şişirdilir. Məsələn, görmə itkisi, qıcolmalar, oynaq ağrısı, baş ağrıları, zəiflik, qusma və ishal ilə bağlı simptomları bəzəyə bilirlər.

Münxauzen sindromu olan bir insan xəstə rolunu oynamaqla  diqqəti çəkməkdən çox məmnunluq hiss edir. Münxauzen sindromunu göstərə biləcək əlamətlər bunlardır:

-bir çox testləri, tibbi prosedurları və əməliyyatları ehtiva edən böyük tibbi tarix
-zahirən əlaqəli olmayan simptomların qəribə şəkilli toplusu
-çoxsaylı tibbi araşdırmalara baxmayaraq dəqiq nəticələrin olmaması
-tibbi yoxlamalardan sonra ortaya çıxan yeni simptomların mənfi nəticəsi
-bir çox müxtəlif xəstəliklər haqqında geniş tibbi biliyə sahib olma
-tez-tez bir çox müxtəlif həkimləri ziyarət etmə, bəzən başqa ölkə və ya şəhərlərdə
-adətən, müxtəlif xəstəxanaların təcili yardım şöbələrinə tez-tez müraciət etmə
-invaziv tibbi prosedurlar və ya əməliyyatlar üçün müraciətlər
-tibbi müalicəyə baxmayaraq yaxşılaşmamaq, o cümlədən naməlum səbəblərdən residivlərin olması.

Münxauzen sindromlu insan həkimləri bir çox cəhətdən razı sala bilər. Məsələn:

-özünü ağrılı kimi göstərmək
-simptomları şişirtmək
-psixoloji simptomlar da daxil olmaqla saxta əlamətləri söyləyib, göstərmək
-özlərini kimyəvi maddələrlə zəhərləmək
-özlərini murdar maddələrlə yoluxdurmaq
-diaqnostik müayinələrə müdaxilə etmək - məsələn, sidik nümunəsini şəkər və ya qanla çirkləndirmək
-sağalmanın mümkün olmaması üçün tibbi vəziyyətə müdaxilə etmək - məsələn, dəri yarasını dəfələrlə açmaq və ya çirkləndirmək və ya təyin edilmiş dərmanları qəbul etməmək
-ciddi olana qədər əsl tibbi problemə məhəl qoymamaq.
- xəstə tək olduqda və ya müşahidə edilmədikdə simptomların olması (məsələn, qıcolmalar və ya huşunu itirmə).
-xəstənin tibb işçilərinin ailəsi, dostları və ya əvvəlki tibb işçiləri ilə görüşməsinə və ya danışmasına icazə vermək istəməməsi.
- dərmanlarını udduqlarını iddia edə, lakin onları yanaqlarında saxlayaraq daha sonra tüpürmək. Qəsdən susuzlaşdırma yaratmaq.

Münxauzen sindromu üçün risk faktorları

-uşaqlıq dövründə xroniki xəstəlik
-irsi xəstəliyin olması
-özünə hörmət və ya şəxsiyyət problemləri
-reallığı fantaziyadan ayırmaqda çətinlik çəkmə
-yalan danışmaq və manipulyasiya etmək bacarığı
-depressiya, halüsinasiyalar və ya travma sonrası stress pozğunluğu
-şəxsi uğursuzluqları xəstəlik kimi xarici amillərin üzərinə atmaq ehtiyacı.

Münxauzen sindromuna səbəb nədir?

Dəqiq səbəb məlum deyil, lakin tədqiqatçılar bu sindromun inkişafında psixoloji amillərin rol oynadığını düşünürlər. Bəzi nəzəriyyələr uşaqlıqda sui-istifadə və ya laqeydliyi və ya xəstəxanaya yerləşdirməni tələb edən çoxsaylı xəstəlik tarixinin bu sindromun inkişafı ilə əlaqəli amillər ola biləcəyini qeyd edir. Digər səbəblər sevilən birinin gənc yaşda ölümü və ya tərk edilməsi ola bilir. Tədqiqatçılar həmçinin, bu şəxslərdə tez-tez rast gəlinən şəxsiyyət pozğunluqları ilə mümkün əlaqəni araşdırırlar.

Münxauzen sindromuna necə diaqnoz qoyulur?

Münxauzen sindromunun diaqnozu digər saxta pozğunluqlar kimi olduqca problemlidir, çünki xəstə öz vəziyyəti haqqında yalan danışır və işlərin əsl durumunu gizlədir. Ancaq bir və ya bir neçə xüsusiyyətə diqqət yetirməklə sindromun ehtimal varlığı müəyyən edilə bilər. Xəstədə ziddiyyətli tibbi tarix varsa və müayinə, testlər şikayət etdiyi simptomları təsdiqləməzsə, bu pozğunluqdan şübhələnmək olar. Bəzən bir insan sadəcə saxta analizlər və ya özünə zərər verərkən tutula bilirlər.

Münxauzen sindromu olan bir xəstə müəyyən simptomlara səbəb ola biləcək dərmanlar qəbul edə bilər və simptomları kimsə izləmədikdə görünə bilər.

Mütəxəssislərin təyin etdiyi müalicə nəticə vermirsə, xəstənin sadəcə olaraq həkimlərin göstərişlərini yerinə yetirmədiyindən şübhələnmək olar. Qeyd etmək lazımdır ki, Münxauzen sindromundan əziyyət çəkən insanlar adətən, dərin tibbi biliklərə malikdirlər, nitqlərində çoxlu tibbi terminlərdən istifadə edir, dərsliklərdən və ensiklopediyalardan xəstəliklərin təsvirinə istinad edirlər. Onlar israrla stasionar müalicə almaq üçün səy göstərə bilirlər.

Münxauzen sindromlu insanların əksəriyyəti psixi problemi olduğunu etiraf etməkdən imtina edir və onu həll etmək istəmirlər.

Kiçik şəhərlərdə və kiçik ölkələrdə, məsələn, İsraildə, bir qayda olaraq Münxausen sindromu olduqca tez aşkar edilir, çünki belə xəstələri hamı tanıyır. Eyni həkimlərə gedir və eyni xəstəxanalara müraciət edirlər, buna görə də bu sindromlu xəstələr haqqında məlumat çox tez yayılır.

Diaqnoz qoymaq çox çətindir, çünki vicdansızlıq və çoxsaylı tibb işçi faktorları bu işə əngəl ola bilir. Tibb işçiləri hər hansı mümkün fiziki və ruhi xəstəlikləri istisna etməli və  bu diaqnozu nəzərdən keçirməzdən əvvəl müxtəlif diaqnostik müayinə və prosedurlardan istifadə etməlidirlər.

Əgər həkim simptomları tibbi cəhətdən izah edilməyən hesab edərsə, o,xəstəni psixiatr və ya psixoloqa yönəldir.Psixiatrlar və psixoloqlar qiymətləndirmək üçün hərtərəfli tibbi tarix, fiziki baxış, laboratoriya görüntüləri və psixoloji qiymətləndirmə vasitələrindən istifadə edirlər. Nəyin real və nəyin olmadığını ayırd edirlər.

Münxauzen sindromu necə müalicə olunur?

Münxauzen sindromunun əsas müalicəsi psixoterapiyadır . Münxauzen sindromunu müəyyən etməyə müvəffəq olan xəstələr əvvəlcə psixiatra müayinə və müalicə üçün göndərilir. Xəstələr çox zaman bundan narazı qalır və bir mütəxəssisə müraciət etməkdən imtina edirlər. Onlar xəstəxanalara getməyə davam edir, həkimləri simptomlarının və xəstəliklərinin doğruluğuna inandırmağa çalışır və müalicə tələb edirlər.
Müalicə düşüncəni və davranışı dəyişdirməyə yönəlir. Ailə terapiyası da faydalı ola bilir. Qrup terapiyası təcrid hisslərini və ya heç kimin xəstə ilə maraqlanmadığı hisslərini azalda bilər. Faydalı olduğu bilinən heç bir antidepressant və ya antipsixotik dərman mövcud deyildir.

Nəticədə belə xəstələri müalicəyə yalnız manipulyasiya yolu ilə cəlb etmək olar. Həmçinin, bəzən həkimlər və səhiyyə sistemi təhdidlərə əl atmağa məcbur olurlar. Məsələn, tibbi xidmətlərin pullu olduğu Amerikada belə bir şəxs borcları yığdığına və çoxsaylı xəstəxanalara yerləşdirilməsinə görə ödəniş etmədiyinə görə məhkəmə tərəfindən qorxudula bilər. Münxauzen sindromundan əziyyət çəkən xəstələr həftədə bir neçə dəfə təcili yardım çağıra bilərlər və hər sığorta şirkəti bu xidmətləri ödəməyə hazır deyil.
 Onlar müstəqil olaraq yalnız məhkəmənin qərarı ilə psixiatr və ya psixoterapevtə müalicə üçün gələ bilərlər. Bu xəstəliyin müalicəsində hansı texnikanın ən təsirli olduğu tam məlum deyil.  Ən çox davranış terapiyası Münxauzen sindromu olan xəstələri müalicə etmək üçün istifadə olunur.

Yuxarıdakılar erməni millətinə  çox xas olan xüsusiyyətlərdir.Məhz xəstə psixi pozğunluq sahibi olan erməni mənsubları pataloji yalan danışmaqdan tarix boyu çəkinməmişlər. Psevdologiya - yalan məlumat yaymağa, fantastik hekayələr uydurmağa patoloji meyillikdir.   

Davamlı yalanlar, dezinformasiya və saxtakarlıqların yayılması, uydurulmuş miflər altında həyat, sosial şəbəkələr, media, siyasi analitik-söhbət adlandırılanlar və mütəxəssislərin kütləvi şəkildə aldadılması silahlı qüvvələrimizin uğurla işğaldan azad edildiyi günlərdə xüsusilə daha da dərinləşdi. "Münxauzen sindromlu" bu millət nə qədər fakt və dəlillərlə qarşı-qarşıya qoyulduğunda belə dediklərindən əl çəkmir, mifoloji xəstə təəfəkkürlərinə davam edirlər. Təssüf ki, yoluxduqları bu psixi pozğunluğun onlar üçün müalicəsi mövcud deyildir.
Erməni şairi Yeqişe Çarents yazırdı:

"Bizdə ikiüzlülük və yalançılıq ana bətnindən başlayır". Belə anadangəlmə patalogiyalar isə müalicəyə tabe olmur.

Hira Abbey
Milli.Az