Sabirabadda 21 yaşlı oğlan intihar etdi

27 Noyabr 2021 09:42

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Bulaqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü İmanov Rəhim İbrahim oğlu yaşadığı evin həyətində yarımtikilidə özünü asaraq intihar edib.

Hadisənin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az