Xanımı bu ölkənin prezidentinin qulağını çəkdi - VİDEO

27 Noyabr 2021 17:42

Canlı yayımda Braziliya prezidentinin həyat yoldaşı onun qulağını çəkib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, prezident Jair Bolsonaro və xanımı Mişel hərbi məktəbin açılışı ilə bağlı tədbirə qatılıblar.

Bu zaman tribunada çıxış edən prezident zarafat edib. O deyib ki, "Həmişə acam və yeməkləri ayırd etmirəm". Bundan sonra isə əslində yeməkləri yox, qadınları ayırd etmədiyini deyən prezident xanımına çevrilərək " Bilirəm, bu gecə divanda yatacaqsan" ifadələrini işlədib.

Bunu eşidən xanımı Mişeldən prezidentə gözlənilməz reaksiya gəlib. Belə ki, prezidentin xanımı zarafata qarşılıq onun qulağını çəkib.

Milli.Az