Avropada daha iki nəfər “Omicron”a yoluxdu

27 Noyabr 2021 20:03

Böyük Britaniyada iki nəfər koronavirusun yeni "Omicron" ştamına yoluxub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Sacid Cavid açıqlama yayıb.

Bildirilib ki, Cənubi Afrikada "Omicron" ştamına yüzə yaxın yoluxma halı qeydə alınıb. Honq-Konq, İsrail, Belçika və Almaniyada da yoluxanlar var.

Milli.Az