Goranboyda kişi dəm qazından zəhərlənib

27 Noyabr 2021 08:12

Goranboy sakini zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

1992-ci il təvəllüdlü Rasim Muradov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 29 yaşlı kişi yaşadığı evdə dəm qazından zəhərlənib.

Milli.Az