Türkiyə daha dörd terrorçunu zərərsizləşdirdi

27 Noyabr 2021 20:02

Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsinə sızmağa cəhd edən dörd PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terrorun və terrorçuların qapısı yoxdur. Sülh və əmin-amanlıq mühitini pozmaq məqsədilə "Barış Pınarı" bölgəsinə atəş açaraq soxulmağa cəhd edən dörd PKK/YPG terrorçusu qəhrəman komandolarımız tərəfindən zərərsizləşdirilib", - məlumatda deyilir.

Milli.Az