“Amerikada toylara gedirəm” - Elariz

27 Noyabr 2021 12:18

Uzun müddətdir ki, Amerikada yaşayan müğənni Elariz Məmmədoğlu "Həmin Zaur" proqramına canlı bağlantı ilə qoşulub. 

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi oradakı həyatından, hansı işlə məşğul olmasından danışıb:

"Çox şükür yaxşıyam. İnstaqram səhifəmi izləyənlər bilir ki, burada restoranda çalışıram. Həmçinin, toylara gedirəm. Bəzən də konsertlərim olur. Amerikada xanımımla birgə yaşayırıq, uşaqlar yanımızda deyil".

Milli.Az