Koronavirusun yeni ştammına bu ad verildi

27 Noyabr 2021 07:35

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni B. 1.1.529 ştammına Yunan hərfi olan "Omikron" adını verib.

Bu barədə ÜST-nin saytında yerləşdirilən açıqlamada deyilir:

"ÜST B.1.1.529-u "omikron" adlı "VOC" (narahatlıq doğuran variant - red.) kimi təyin edib".

Həmçinin qeyd edilir ki, koronavirusun bu variantında çox sayda mutasiya var və bəziləri narahatlıq doğurur. Bundan əlavə, ilkin məlumatlar bu ştamma yoluxma riskinin yüksək olduğunu göstərir.

Milli.Az