Azərbaycanlı rəssam Daşkənd forumuna qatılacaq

26 Noyabr 2021 19:44

Noyabrın 28-dən dekabrın 7-dək Özbəkistan Respublikasının Daşkənd şəhərində  "MDB, Baltikyanı ölkələr və Gürcüstanın IV Gənclər Teatr Forumu" keçiriləcək.
 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizi təmsil edəcək sənət adamlarının sırasında
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rəssamı Vüsal Rəhim də var.

Rəssam 10 gün  ərzində müxtəlif proqramlarda, sərgilərdə iştirak edəcək, müəllifi olduğu səhnə və geyim eskizlərini nümayiş etdirəcək. O, eyni zamanda, forum çərçivəsində mühazirələrə, ustad dərslərinə qatılacaq və komanda halında təşkil edilən maarifləndirici proqramlarda öz təcrübəsini dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə  bölüşəcək.

V.Rəhim forum iştirakçıları olan rəssamlarla birgə təklif olunan tamaşalara eskizlər hazırlayacaq.

Qeyd edək ki, daha sonra həmin esgizlər Vladimir Nikolaeviç Pankovun "Daşkənd - Çörək şəhəri" hekayəsi əsasında hazırlanacaq tamaşada fraqmentlər şəklində birləşdiriləcək.
 

Milli.Az