COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinə şad xəbər

26 Noyabr 2021 17:58

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Milli.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci ilin yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət noyabrın 1-də başa çatmışdı.

Milli.Az