Azərbaycan gimnastları Dünya Yaş Qrupları Yarışlarında batut üzərində sinxron hərəkətlərdə finala çıxıb

26 Noyabr 2021 16:58

Azərbaycan gimnastları Maqsud Maqsudov və Nicat Mirzəyev Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 13-14 yaş qrupunda batut üzərində sinxron hərəkətlərdə finala çıxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, gimnastlar təsnifat mərhələsini birinci sırada bitirib.

Finala, həmçinin Bolqarıstan, Rusiya, ABŞ, Böyük Britaniya, Belçika və Almaniya gimnastları da çıxıb.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Milli.Az