Payızla söhbətim tutdu bu payız - FOTO

26 Noyabr 2021 22:17

Payız fəsli rəngarəng təbiət mənzərələri, xüsusən də yağışı, bəzən soyuğu, bəzən isti havası, yerə nur kimi ələnən qızılı xəzəlləri ilə insanlara xoş duyğular bəxş edir, rəssamları, şairləri ilhama gətirir.

Xalq şairi Musa Yaqubun "Bu payız" şeirində dediyi kimi,

"Bu gün əynimdədir o qızıl libas,

Yarpaqlar saçımda yatdı bu payız.

Dünyanın işindən danışdıq bir az,

Payızla söhbətim tutdu bu payız".

Bu günlərdə bölgələrimiz, o cümlədən Oğuzun təbiəti də füsunkar payız mənzərələri ilə göz oxşayır. Milli.Az AZƏRTAC-a istinadən peşəkar fotoqraf Lyokinin Oğuzdan çəkdiyi fotoları təqdim edir.

Milli.Az