"Əri ilə dalaşan acığını müğənnidən çıxır" - VİDEO

27 Noyabr 2021 06:33

Müğənni İzzət Bağırov sosial şəbəkədə yazılan tənqidlərdən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Tam vaxtıdır" verilişində bu haqda söz açaraq, insanların tanınmışlara qarşı aqressiv olduğunu deyib: 

"Tanıdıq, tanımadıq, otururlar kompüter arxasında: işdə müdiri ilə dalaşan, mağazadan nəsə ala bilməyən, əri, dostu ilə dalaşan əvəzin müğənnidən çıxır. Kim nədən küsür oturur müğənniyə hirs tökür. Bunlar axirət günü kimə cavab verəcək?".

Milli.Az