Şahmat Federasiyasının baş katibi dəyişdi - Faiq Həsənov əvəzləndi

26 Noyabr 2021 13:26

Azərbaycan Şahmat Federasiyası (AŞF) rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk iclasında qurumun baş katibi təsdiqlənib.

Milli.Az bildirir ki, yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin olunub.

O, bu postda Faiq Həsənovu əvəzləyib. F. Həsənov federasiyada I vitse-prezident seçilib.

Milli.Az