Rusiyada COVID-19-dan ölənlərin sayı 270 mini ötüb

26 Noyabr 2021 20:42

Rusiyada son sutka ərzində daha 34 690 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Rusiyada COVID-19-a yoluxanların sayı 9 502 879 nəfərə çatıb.

Son sutka ərzində 1235 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 270 292 nəfərə çatıb.

Milli.Az