"Qarabağ"ın qapısına vurulan qol həftənin ən yaxşıları arasında - VİDEO

26 Noyabr 2021 15:00

UEFA Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə edən Kiprin "Omoniya" klubunun futbolçusu Jordi Qomesin də uzaq məsafədən dəqiq zərbəsi namizədlər siyahısında göstərilib.

İspaniyalı oyunçu ilə yanaşı, Tomi Horvat ("Mura", Sloveniya), Lazaros Xristodulopulos ("Anortosis", Kipr) və Edon Jeqrovanın ("Bazel", İsveçrə) da qolları ən yaxşı adına namizəddir.

36 yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə vurduğu bərabərlik qolunun videosunu təqdim edirik:

Milli.Az