Gürcüstanda son sutkada koronavirusa 4534 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb

26 Noyabr 2021 13:24

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 534 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 831 248, ölənlərin sayı isə 11 810 nəfərə çatıb. Virusa yoluxanlardan 772 301 (92%) nəfərin sağaldığı bildirilir.

Milli.Az