10 qəpiklik MÖCÜZƏ: ödün ifrazını stimullaşdırır, ürək-damar sistemini gücləndirir - FOTO

26 Noyabr 2021 23:19

Şüyüddən istifadənin orqanizmə necə təsir etdiyi məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə sağlam qidalanma üzrə ekspert Pavel Terekhov danışıb.

Onun sözlərinə görə, bu bitkinin tərkibində çoxlu miqdarda vitaminlər, beta-karotin, fol turşusu və digər faydalı maddələr var:

"Bu məhsul olmadan heç bir süfrə tamamlanmaz: şorbalar, kartof püresi, salatlar, marinadlar - siyahı sonsuzdur".

"Şüyüd həzm sisteminin işinə faydalı təsir göstərə bilir və bağırsaqların rahatlaşmasına kömək edir.

Bu bitki vitamin və mikroelementlərin çatışmazlığını doldurmağa kömək edə və ürək-damar sisteminə müsbət təsir göstərir. Damar genişləndirici təsirə malikdir. Damar divarını gücləndirir, həmçinin ödün ifrazını stimullaşdırır", - mütəxəssis təfərrüatları bölüşüb. (publika.az)

Milli.Az