Teymur Anna ilə nişanlandığını təsdiqlədi

26 Noyabr 2021 13:06

Azərbaycanlı məşhur qrossmeyster Teymur Rəcəbov nişanlanması barədə yayılan məlumatları təsdiqləyib. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, şahmatçı instaqramda sevgilisinin fotosunu paylaşıb.

Qrossmeyster Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə selfisini səhifəsində paylaşaraq ürək smayliki qoyub. 

Qeyd edək ki, onların münasibəti A.Maksakovanın noyabrın 25-də instaqramda foto paylaşmasından sonra məlum olub.

Milli.Az