İtaliyada Maradonanın abidəsinin açılışı oldu - FOTO

26 Noyabr 2021 12:12

İtaliyanın Neapol şəhərində argentinalı əfsanəvi futbolçu Dieqo Maradonun abidəsinin açılışı olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, heykəl Maradonanın ölümünün birinci ildönümü ilə bağlı hazırlanıb.

Qeyd edək ki, Dieqo Maradona ötən il noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı əfsanəvi futbolçu 1984-1991-ci illərdə "Napoli"də çıxış edib.

Milli.Az