ABŞ esminesi Qara dənizə daxil oldu - Rusiyaya mesaj

26 Noyabr 2021 10:36

ABŞ-a məxsus "Arleigh Burke" (DDG51) eskadra minadaşıyan gəmisi Qara dəniz akvatoriyasına daxil olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanması məlumat yayıb.

Esmines Qara dənizdə müntəzəm olaraq patrul təhlükəsizliyini təmin edəcək.

"İndi biz Qara dənizdə NATO üzrə müttəfiqlərimizi və partnyorlarımızı daha qətiyyətlə dəstəkləyirik", - deyə esminesin kapitanı Patrik Çepman bildirib.

Milli.Az