Gələn ay “Matritsa”nın 4-cü filmi ekrana çıxır

26 Noyabr 2021 10:54

"Matritsa" seriyasının 4-cü filmi 22 dekabrda təqdim ediləcək.

Milli.Az Olay-a istinadən xəbər verir ki, ekran işinin ssenarisi daha öncə 3 filmin də rejissorluğunu edən Vaçovski qardaşlarından biri olan Lana Vaçovski yazıb.

Filmin baş rollarında Kianu Rivz və Kerru Enn Moss yer alacaq.

Ötən gün ekran işinin ilk obraz afişaları yayımlanıb.

Milli.Az