Koronovirusun ən çox mutasiyaya uğramış yeni variantı tapıldı

26 Noyabr 2021 11:42

COVID-19-un ən çox mutasiyaya uğramış variantı aşkar olunub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, yeni virus Botsvana, CAR və Honqonqda tapılıb.

Alimlər onun vaksinlərə qarşı dözümlü ola biləcəyini qeyd ediblər.

Bununla yanaşı, virusun çoxsayda mutasiyaya uğraması səbəbindən qeyri-sabit olduğu və sürətlə yayılmadığı bildirilib.

Milli.Az