Bakıda 19 yaşlı gənc dəm qazından zəhərlənib

25 Noyabr 2021 23:48

Bakıda zəhərlənmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində 2002-ci il təvəllüdlü Hüseynov Qəhrəman Rəşad oğlu yaşadığı evdə dəm qazından zəhərlənib. Q.Hüseynov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az