Masazır qəsəbəsində ev yanıb

25 Noyabr 2021 22:14

Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 150 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az