Ölkədə qətlə yetirilən qadınların sayı açıqlanıb

25 Noyabr 2021 22:07

Bu il Azərbaycanda qətlə yetirilən qadınların sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, 2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib.

O qeyd edib ki, 24 qadın isə xəsarət alıb.

Milli.Az