Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının birinci günündə final mərhələsi başlayıb - FOTO

25 Noyabr 2021 18:16

Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının birinci günündə final mərhələsi başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, final mərhələsində Azərbaycanı 13-14 yaş qrupunda kişilər arasında batut üzərində fərdi hərəkətlərdə Maqsud Maqsudov, 11-12 yaş qrupunda kişilər arasında batut üzərində sinxron hərəkətlərdə İbrahim Mustafazadə və Ammar Baxşəliyev təmsil edir.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Milli.Az