Black Friday endirimləri zamanı Samsung The Frame əldə etmək üçün 6 səbəb

25 Noyabr 2021 17:30

Qısa müddət ərzində Samsung The Frame televizor texnologiyaları bazarında öz yerini tutmuş və bunu bərqərar etmişdir. Qara ekranlardan bezmiş istifadəçilərin həyatına yeni nəfəs kimi daxil olan bu cihaz, tez bir zamanda hər kəsin rəğbətini qazanmışdır. Beləliklə, The Frame seçərkən nələrə diqqət etməlisiniz və bu televizoru əldə etmək barədə mütləq düşünməyiniz üçün 6 səbəb bunlardır:

İdeal təsvir - The Frame milyardlarla təbii rəng çalarları ilə mükəmməl təsviri təqdim edir. 100% rəng həcmi kvant nöqtələri texnologiyası sayəsində təmin edilir. Onlar, ən yüksək təsvir keyfiyyətini çatdırmağa kömək edərək, hər bir səhnədə rəng palitrasının ən kiçik çalarlarını real həyatda göründüyü kimi görməyə imkan yaradır. Əlavə olaraq, bütün Samsung QLED televizorları kimi, The Frame da ekranın yanmasına meylli deyil, bu, statik şəkilləri, ən əsası da rəsmləri və fotoşəkilləri nümayiş etdirərkən xüsusilə vacibdir. İşıq sensorunun olması sayəsində ötürülən məzmunun parlaqlığı və dolğunluğu ətraf mühit işıqlandırılmasından asılı olaraq avtomatik tənzimlənir, hərəkət sensorunun köməyi ilə isə otaqda heç kim olmadıqda ekran işıqlandırması söndürülür. Dizayn - Televizor minimalistik, təmtəraqlı detallardan istifadə olunmadan təmkinli üslubda hazırlanmışdır. İndi cihazın eni cəmi 24,9 mm təşkil edir. Xüsusi bərkitmə sayəsində divara demək olar ki, heç bir aralıq olmadan bərkidilən televizorun üzərində əlavə bərkidici elementlər nəzərdə tutulmayıb. Burada xarici periferik cihazların (oyun konsolları, televizor əlavələri və təsvirin ekrana ötürülməsi üçün nəzərdə tutulan digər qurğular) qoşulması üçün bütün lazımi portlara malik olan xüsusi One Connect Box-dan istifadə olunur. Sözü gedən qurğu ilə televizor arasında bağlantı sadəcə bir ədəd, "gözə görünməz" beş metrlik kabel ilə qurulur. Bu həll sayəsində dolaşıq kabellər  televizorunuzu xarici görkəmini korlamayacaq.

Dəyişdirilə bilən Çərçivələr - Sasmung The Frame məhsul xəttini interyer televizorları kimi təqdim edilməsi heç də təsadüfi deyil.  Belə ki, bu sadə marketinq planın bir hissəsi deyil, televizorlar həqiqətən də məkanın dizaynın bir hissəsinə çevrilə bilir. Bunun səbəbi istifadəçilərin dəyişdirilə bilən çərçivələrdən istifadə edərək, cihazın görünüşünü öz istəklərinə və zövqlərinə uyğun tənzimləyə bilmələridir. Seçdiyiniz televizorun dəstinə, seçiminizə uyğun olaraq, kərpic qırmızısı, ağ, qəhvəyi və ya ağac rəngli çərçivələr daxil ola bilər. Bundan əlavə, müxtəlif çərçivə üslubları mövcuddur  - həcmli və ya müasir. "Təsvir" rejimi - Bu rejim evdən çıxmadan özünüzü muzeydəki kimi hiss etməyə imkan yaradır. Sadəcə televizoru söndürün və "Təsvir" rejiminin qara ekranı şəxsi incəsənət qalereyanıza çevirməyə icazə verin. The Frame-i Art Mode-a keçirdiyiniz zaman o, seçdiyiniz təsvirdən istifadə edərək rəsm əsərinə çevrilir. Bu, həm mənzərələr, həm də dünyanın ən böyük muzeylərinin kolleksiyalarında yer alan incəsənət inciləri ola bilər. Rəsmləri xüsusi mağazadan - Art Store-dan yükləmək mümkündür. Təkmilləşdirilmiş əlavə Prado, Van Qoq, Teyt, Albertina, Ermitaj, Uffizi, Luvr, Viktoriya və Albert Muzeyi, Magnum Photos, LUMAS və bir çox digərləri tanınmış muzeylərin kolleksiyalarında təmsil olunan 1400-dən çox əsərdən istədiyiniz rəsmi seçib yükləməyə kömək edir.

"Ağıllı" funksiyalar - The Frame-in məhsul xətti onlayn kinoteatrlar və video hostinq kimi bütün müasir məzmun oxutma vasitələrini dəstəkləyir. Sözü gedən bu cihaz həm də Mobile Mirroring kimi bir sıra qeyri-standart xüsusiyyətlərə malikdir. Bu funksiya kabellər və ya portlar vasitəsilə qoşulma tələb olunmadan telefonunuzdan (həm Android, həm də iOS sitemləri üçün) təsvirin dərhal televizor ekranına ötürülməsinə imkan verir. Android üzərindən işləyən smartfonlarda SmartThings əlavəsi, iOS platforması ilə işləyən smartfonlarda isə Apple AirPlay proqramının köməyi ilə siz istənilən məzmunu smartfon ekranından The Frame TV-nin böyük ekranına yayımlaya bilərsiniz, buna misal olaraq, televizorun bu bacarığı, videoçat üçün olduqca əlverişlidir. Mükafat laureatı - The Frame sadəcə televizor deyil, əsl qalibdir. İlk modelin təqdim olunmasından bu günə qədər televizor çoxsaylı mükafatlara layiq görülüb. Bunlardan IF Design və CES-in mükafatlarını qeyd etmək olar. - CES 2021 tədbirində laureat haqqında bunlar qeyd edilib: "Məhsulun 2021-ci il versiyası dizayn və texnologiyanın innovativ irsi üzərində qurularaq, daha incə forma faktorunda daha da fərdiləşdirilə bilən interfeys təklif edir.". Sözü gedən bu tədbir hər il Amerika İstehlakçı Texnologiyaları Assosiasiyası tərəfindən keçirilir və dizayn və inkişaf sahəsində görkəmli nailiyyətlərə həsr olunur.

Nəzərinizə çatdırmaq istərdik ki, məxsusi Black Friday münasibəti ilə Samsung xüsusi təklif barədə elan edib. Rəsmi distributor mağazalar şəbəkəsində xüsusi təklif və endirimlərdən yararlara bilərsiniz. Samsung The Frame televizorları və xüsusi təklif haqqında ətraflı məlumatı Baku Electronics, Irşad, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.