Günün yoluxma statistikası açıqlandı

25 Noyabr 2021 16:31

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1880 yeni yoluxma faktı qeydə alınıb, 1835 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Milli.Az