28 milyona yaxta aldılar

25 Noyabr 2021 20:48

Bloger-model Natalia Davydova ilə həyat yoldaşı, iş adamı İvan Streşinski 17 milyon dollarlıq (təxminən 28 milyon 882 min 548 manat) yaxta alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, bunu Streşinskinin ətrafındakı mənbə təsdiqləyib.

Uzunluğu 38,36 metr olan gəmi iş adamının həyat yoldaşının şərəfinə "Nataly S" adlandırılıb. Cütlük ötən il tikintisi başa çatan dəniz nəqliyyatını bu yaxınlarda əldə edib.

Yaxta "Ferretti Qrupu"na daxil olan İtaliyanın "Custom Line" tərsanəsində inşa edilib. Yaxta 10-a qədər qonağı və altı ekipaj üzvünü qəbul edə bilir.

Qeyd edək ki, İvan Streşinski Əlişir Usmanovun USM holdinqinin baş direktorudur. Ötən gün "Forbes" jurnalı Streşinskinin dollar milyarderi olan ilk rusiyalı top-menecer olduğunu açıqlayıb. İş adamının sərvətinin 1,3 milyard dollar olduğu bildirilir.

Milli.Az