Bu qız "təlxək burnu" ilə doğulub - İllər sonrakı halı - FOTO

25 Noyabr 2021 20:06

2008-ci ilin sentyabr ayında Lloyd ailəsində Konni adlı qız uşağı dünyaya gəlib. Onun burnundakı qırmızı xal körpəni digərlərindən fərqləndirib. Bu ləkə ana bətnində 32 həftəlik embrionun USM müayinəsi zamanı da görünüb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, belə ki, Konniyə gemangioma diaqnozu qoyulub. Bir neçə ilə ləkənin sovrulub keçəcəyi deyilsə də, 3 yaşına çatdıqda qızın xalı, müalicələrə baxmayaraq, böyüyərək bütün burnunu örtmüş olub. Bu, onun valideynləri Zara və Tomu narahat etməyə başlayıb.

Ətrafdakılar uşağı təlxəyə bənzətdikləri üçün Konni çox qapalı və utancaq böyüyürdü. Valideynlər 3 il yaxşı mütəxəssis axtarışında olublar və sonda cərrahi əməliyyatla qızın canını bu xaldan xilas ediblər.

Bu, uşağı daha şən və ünsiyyətçil edib. İndi həm özü, həm valideynləri xoşbəxtdirlər.

Milli.Az