Gəncənin Xan bağında bir payız günü - FOTO

26 Noyabr 2021 22:01

Gəncənin 500 illik tarixinə şahidlik edən və gəncəlilərin sevimli istirahət məkanı olan Xan bağı payız fəslində də əsrarəngiz gözəlliyə malik olur. Üç hektarlıq ərazini əhatə edən park florasının zənginliyinə görə məşhurdur. Cərgələnən çinarlar, müxtəlif növ ağaclar və bitkilər payızın gəlişi ilə sanki qızılı örpəyə bürünür. İnsanı valeh edən, ruhunu dincəldən bu mənzərələrlə yanaşı, həm də parkın təmiz havasından doymaq olmur.

Milli.Az AZƏRTAC-a istinadən Xan bağının payız mənzərələrini özündə əks etdirən fotoreportajı təqdim edir.

Milli.Az