Əsas diqqət Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasına yönəlib - Zaxarova

25 Noyabr 2021 15:20

Hazırda əsas diqqət Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasına yönəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz regionda stabitliyin möhkəmləndirilməsi, dinc həyatın qurulması üzrə addımlar atmaq üçün hər şeyi edirik. İndi əsas diqqət ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına yönəldilib" - deyə, o bildirib.

Milli.Az