Hande açıq-saçıq fotolarını Kərəmə görə silir?

25 Noyabr 2021 18:00

Aktrisa Hande Erçel açıq-saçıq geyimləri ilə sosial mediada diqqətləri üzərində toplamağa bacarır. Lakin bəzi fotolarını daha sonra silməsi sevgilisi, aktyor Kərəm Bürsinin qısqanclıq səbəbindən onu buna vadar etməsi kimi qiymətləndirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor sözügedən iddia ilə bağlı açıqlama verərək təkzib edib:

"Handenin nə geyindiyinə qarışmıram, o, da mənə", deyərək şayiələri sonlandırıb.

Qeyd edək ki, cütlük "Sen çal kapımı" serialında birgə rol aldıqdan sonra eşq yaşamağa başlayıblar.

Milli.Az