İki evini 1,5 milyona satdı

25 Noyabr 2021 16:08

Tanınmış müğənni Gülşen növbəti dəfə daşınmaz əmlakları ilə gündəmə gəlib. Belə ki, sənətçi "Zorlu Center"dəki iki mənzilini 1,5 milyon TL-yə satıb.

Milli.Az Olay-a istinadən xəbər verir ki, Gülşen ailəsi ilə birgə 189 kvadratmetrlik evə köçüb.

Qeyd edək ki, sənətçinin Barselonada da evi var. Onun bir müddət əvvəl "Zorlu Center"də üçüncü mənzilini alması ilə bağlı xəbərlər yayılıb.

Milli.Az