Yevlaxda ağır qəza baş verib, bir nəfər ölüb - FOTO

25 Noyabr 2021 21:54

Yevlax-Bəhrəmtəpə yolunda zəncirvari avto qəza hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes", "Vaz- 21015" və "Volksvagen" markalı minik avtomobilləri toqquşması zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Xəsarət alanlar Mingəçevir şəhər sakinləri 1974-cü il təvəllüdlü Əhmədov Elxan Fərəc oğlu, 1985-ci il təvəllüdlü Həmzəyev Malik Əli oğlu və 1985-ci il təvəllüdlü Əmiraslanov Sərxan Zaman oğludur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az