Binanın girişinə atılan körpədən XƏBƏR VAR - VİDEO

25 Noyabr 2021 14:38

2 gün əvvəl Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısına atılan körpə ilə bağlı məlumat vermişdik. Həmin körpə xəstəxanaya yerləşdirilib. Gətirilərkən vəziyyəti orta-ağır olan körpə həkimlərin səyi nəticəsində sağalmaq üzrədir.

Xəstəxanaya yerləşdirilmiş 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb..

"Körpənin vəziyyəti tam yaxşılaşdıqdan sonra yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq"- deyə Elnur Hidayətoğlu əlavə edib.

Milli.Az