Türkiyə kəşfiyyatı PKK-nın xarici əlaqələr üzrə "nümayəndə"sini məhv edib

25 Noyabr 2021 12:28

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında əməliyyat keçirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının 6 üzvü məhv edilib.

Terrorçulardan dördü Gara bölgəsində, ikisi isə Kandildə zərərsizləşdirilib.

Məhv edilən terrorçulardan birinin PKK-nın xarici əlaqələr üzrə "nümayəndə"si Nihat Gören olduğu müəyyənləşib.

Milli.Az