"Böyük dəstəyinə görə Azərbaycan hökümətinə dərin minnətdarlığımı bildirirəm" - Əli Əl-Hitmi

25 Noyabr 2021 12:10

Bütün irimiqyaslı tədbirlərin Bakıda yüksək səviyyədə keçirilməsində böyük dəstəyinə görə Azərbaycan hökümətinə dərin minnətdarlığımı bildirirəm.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Əli Əl-Hitmi Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının açılış mərasimində deyib.

"Beynəlxalq Gimnastika Federasiyası adından, Batut Gimnastikası üzrə 28-ci Yaş Qrupları Yarışlarının bütün iştirakçılarını salamlayıram.

Mövcud vəziyyət və pandemiya zamanı qonaqpərvərliyinə və bu yarışı bütün irimiqyaslı tədbirlərin, xüsusilə gimnastikanın bütün növləri üzrə tədbirlərin yüksək səviyyədə təşkil olunduğu paytaxt Bakı şəhərində keçirilməsində böyük dəstəyinə görə Azərbaycan hökümətinə dərin minnətdarlığımı bildirirəm.

Bir daha hər kəs adından Yerli Təşkilat Komitəsinə, bütün könüllülərə və bu tədbirdə əməyi keçən hər bir şəxsə təşəkkürümü bildirirəm.

Özünüzü qoruyun və hər zaman sağlam olun!

Hər kəsə təşəkkürlər və uğurlar!

Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarını açıq elan edirəm", - Federasiya rəsmisi deyib.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Milli.Az