Qəzaya düşən sürücü avtomobildən belə çıxarıldı - Əməliyyat görüntüsü - VİDEO

25 Noyabr 2021 19:48

Noyabrın 25-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Sığırlı kəndinin ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES-BENZ ATEGO" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və qəzaya uğramış "MERCEDES-BENZ ATEGO" markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Xalayev Elvin Vaqif oğlunun həmin nəqliyyat vasitəsinin içərisində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobilin içərisindən çıxararaq xilas ediblər.

Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az