Paşinyan onu özünə müavin təyin etdi

25 Noyabr 2021 11:32

Ambarçum Matevosyan Ermənistanın Baş nazirinin müavini təyin olunub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Matevosyan daha əvvəl Armavir vilayətinin qubernatoru vəzifəsini icra edib.

O, noyabrın 24-ü bu vəzifədən istefaya göndərilib.

Qeyd edək ki, Baş nazirin keçmiş müavini Suren Papikyan ölkənin müdafiə naziri təyin olunduqda bu vəzifə boş qalmışdı.

Milli.Az