Hüseyn onu pulsuz aparan taksi sürücüsünə maşın verdi - VİDEO

25 Noyabr 2021 14:47

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov onu oulsuz aparan taksi sürücüsünə avtomobil hədiyyə edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Hüseyn dostu ilə Moskvada küçədə taksilərə yaxınlaşıb. O, pulqabısını götürmədiyini, təcili bir yerə çatmalı olduğunu söyləyib. Bir neçə sürücü bundan imtina etsə də, biri razılaşıb.

Yolboyunca özündən danışan sürücü Qırğızıstandan gəldiyini, borcları olduğunu, qızının əməliyyata ehtiyacı olduğunu söyləyib.

Ünvana çatan Hüseyn avtomobil satılan yerə girərək ona yeni maşın alıb. O, sürücünün pasportunu götürüb və maşını onun adına keçirərək, açarları təqdim edib.

Milli.Az