Gürcüstanda daha 4 331 nəfər koronavirusa yoluxub, 57 nəfər ölüb

25 Noyabr 2021 13:50

Gürcüstanda son sutka ərzində koronavirusa 4 331 yeni yoluxma faktı qeydə alınıb, 4 804 nəfər müalicə olunaraq sağalıb, 57 pasiyent vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrə qədər qonşu ölkədə COVID-19 infeksiyası 826 714 nəfərdə aşkarlanıb. Onların 768 559-u sağalıb, 11 736-sı isə dünyasını dəyişib.

Milli.Az