İrəvanda caz-klubunda əylənən Mişustin Paşinyanla görüşə niyə "vaxt tapmadı"?..

25 Noyabr 2021 12:44

Noyabrın 18-20-də  Avrasiya İqtisadi İttifaqı ölkələrinin baş nazirləri Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Ermənistanda olublar. Məhdud tərkibli iclaslar keçirilib, 10-dan çox sənəd imzalanıb. Amma Rusiya və  Ermənistan baş nazirləri arasında  heç bir təkbətək görüşün baş tutmaması diqqət çəkir. Lakin bu, o demək deyil ki, erməni tərəfi belə görüşün təşkilinə cəhd etməyib".
 
Milli.Az Moderator.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Past" qəzeti yazır.
 
Qəzetin yazdığına görə, Nikol Paşinyan və əməkdaşları rusiyalı həmkarı ilə təkbətək danışmaq üçün hər cür səy göstərsələr də, buna nail ola bilməyiblər və nəzakətli rədd cavabı alıblar...
 
"Yeri gəlmişkən, Paşinyanla Mişustin arasında şəxsi söhbətin olmamasını vaxt azlığı ilə izah etmək düzgün olmazdı, çünki məlum olduğu kimi, Rusiya Federasiyasının baş naziri İrəvandakı "Malxas" caz-klubunda da əylənməyi belə bacarıb.  Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyanla görüşdən imtinanın digər səbəbləri var... O cümlədən cəmi bir neçə gün əvvəl, noyabrın 16-da  parlamentin hakim fraksiyası açıq-aşkar anti-Rusiya isteriyası qaldırıb, parlamentdən kənarda hökumətyönlü şəxslər və qruplar da yenə də hər şeyi  rusların boynuna atmağa çalışıb.   Rusiya əmindir ki, bütün bunlar Nikol Paşinyanın göstərişi ilə edilib. Çünki Rusiya tərəfi hökumətin bu üslubunu, hətta kiçik "zarafat"larını da bağışlamadığını göstərib... Bir neçə gün əvvəl qeyd etmişdik: Rusiya Paşinyandan  həmin gün parlamentdə anti-Rusiya isteriyasının koordinatorlarından biri olduğunu saydığı  Andranik Köçəryanın təcrid  olunmasını tələb edib" - erməni nəşri belə yazır.
 
Əlavə edək ki, bu günlərdə "Hraparak" nəşri Paşinyanın Mişustinin əyləndiyi caz barında da görünmədiyini yazmışdı...

Milli.Az