Azad şou-biznesdəkiləri tərbiyəsiz adlandırdı - VİDEO

25 Noyabr 2021 17:18

Müğənni Azad Şabanov şou-biznesin indiki vəziyyətindən danışıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, "10-da görüşək" proqramında qonaq olan sənətçi bəzi həmkarlarını tərbiyəsiz adlandırıb:

"Şou-biznes sözünü bir az dəyişiblər. Özünüz görürsünüz nə baş verir, tərbiyəsizlik. Söhbət geyimdən, xarici görünüşdən yox, danışıqdan, maraqdan, biri-biriylə ünsiyyətdən gedir. Hər şey acizləşib. Danışanda fikirləşib danışsınlar".

Milli.Az