Yaşlanmanı ləngidən qida məhsulları açıqlanıb

25 Noyabr 2021 10:56

Dietoloqlar kişilərə 50 yaşdan sonra qocalmanı ləngitməyə kömək edən qidaların adlarını açıqlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, belə məhsullardan biri sendviçlərdən tutmuş omletlərə qədər müxtəlif yeməklərdə istifadə oluna bilən avokadodur. Tərkibində B, C vitaminləri və yağlar, həmçinin yaşlanma əleyhinə antioksidantlar var. Mütəxəssislər hesab edirlər ki, bu nəhsulun tərkibində olan fol turşusu və maqnezium, lutein və beta-karotin qocalmanın qarşısını alan əsas qida maddələrindən yalnız bəziləridir.

Kişilərdə 50 yaşdan sonra qocalmanı ləngidən digər məhsul qulançardır. Ondan bəzi xərçəng növlərinin qarşısını almaq üçün istifadə olunur. O, həmçinin bağırsaqda faydalı bakteriyaların böyüməsini təşviq edən prebiyotiklərin olduğu qida məhsuludur. Bundan əlavə, qulançar depressiya ilə mübarizədə faydalıdır və yaşa bağlı böhranların öhdəsindən gəlməyə kömək edir.

Qızılbalıq, Atlantika skumbriyası, treska, siyənək kimi balıqlarda orqanizm üçün faydalı yağlı turşuların miqdarı daha çoxdur.

Milli.Az