ABŞ qızıl ehtiyatlarının ən böyük hissəsinin olduğu yer açıqlanıb

25 Noyabr 2021 10:32

ABŞ-ın qızıl ehtiyatının ehtimal olunan ən böyük hissəsi ehtimal olunan ən böyük dünyanın ən təhlükəsiz anbarlarından biri sayılan və ziyarətçilər üçün qapalı olan Fort Knox anbarında yerləşir.

Milli.Az Trend-ə istinadən bildirir ki, hesablamalara görə orada 4580 ton civarında qızıl var. Anbarda qızıl ehtiyatlarından əlavə xüsusi əşyalarda var. Məsələn, ABŞ Konstitusiyasının orijinalı və Müstəqillik Bəyannaməsi. Anbar sahildə deyil, ölkənin dərinliyində yerləşir. Bu da dənizdən hücum ehtimalını yoxa endirir.

Lakin mütəxəssislərin sözlərinə görə, qızıl ehtiyatlarının heç də hamısı Fort Knoxda deyil. Onun bir hissəsi ABŞ Sikkəxanasının Denverdəki (təxminən 1400 ton) və West Point (təxminən 1700 ton) filiallarının saxlanclarında, həmçinin Manhettendə Federal Ehtiyat Bankının zirzəmilərində (təxminən 400 ton) yerləşir.

Milli.Az