Pentaqon UNO-lara bağlı hərəkətə keçdi

25 Noyabr 2021 10:44

Pentaqon son dönəmlər səmada görünən naməlum obyektlərlə bağlı araşdırmanın aparılması məqsədilə yeni qurum yaradıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin müavini Katlin Hik danışıb.

O, "Göy cisimlərinin tanınması və idarəsinin sinxronizasiyası qrupu" adlı yeni qurumun yaradıldığını bildirib.

Yeni qurum Hərbi Dəniz Qüvvələrinin tərkibindəki "Naməlum Aviasiya Hadisələri" şöbəsini əvəz edəcək.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Milli Kəşfiyyatı UNO-larla bağlı hesabat yaymışdı.

Milli.Az