Kanada Ukraynada hərbi varlığını gücləndirir

25 Noyabr 2021 09:20

Kanada hökuməti Ukraynada hərbi kontingentini gücləndirmək variantlarını nəzərdən keçirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Bildirilib ki, Kanadanın yeni müdafiə naziri Anita Anand hazırda bu məsələ ilə ciddi məşğuldur.

Belə ki, bununla bağlı bir neçə variantın olduğu qeyd edilib: Ukraynaya yüzlərlə hərbçinin yerləşdirilməsi, Rumıniyadan Ukraynaya CF-18 qırıcılarının göndərilməsi, Qara dənizə Kanada döyüş gəmisinin yola salınması...

Qeyd edilib ki, rəsmi Ottavanın bu addımları Rusiyanın Ukrayna sərhədində aktivləşməsi ilə əlaqədardır.

Milli.Az